“Qarabağ”ın legioneri Adama Diakabi karyerasını “Sabah”da davam etdirə bilər.
Ağdam klubunun növbəti mövsüm üçün planlarında olmayan fransalı futbolçuya paytaxt klubu maraq göstərir. Böyük ehtimalla “Sabah” növbəti mövsüm Diakabini heyətinə qatmağa çalışacaq. “Qarabağ”la 2025-ci ilin yayına qədər müqaviləsi olan futbolçu qış fasiləsində özünə klub tapa bilmədiyinə görə “Qarabağ”da qalmağa məcbur olmuşdu.